Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Dilçilik İnstitutunun alimi beynəlxalq jurnalın redaksiya heyətinə üzv seçilib
14.08.2020 12:12
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunun alimi beynəlxalq jurnalın redaksiya heyətinə üzv seçilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva Türkiyənin “Dərgipark” platformasına daxil olan “Oğuz türkcəsi araşdırmaları dərgisi” beynəlxalq indeksli jurnalın redaksiya heyətinə üzv seçilib.

Beynəlxalq jurnalda Oğuz qrupu türk dilləri və dialektləri, yazılı abidələri, əski Anadolu türkcəsi, Anadolu dialektləri, dilçilik, əski türk ədəbiyyatı, türk xalq ədəbiyyatı, yeni türk ədəbiyyatı üzrə dünyada aparılan araşdırmaların nəticələri, elmi məqalələr dərc edilir. İldə bir dəfə nəşr edilən jurnal dünyanın nüfuzlu elmi informasiya bazalarında indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: