Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

T hüceyrələrinin COVID-19-a qarşı güclü qorunma təmin etdiyi aşkarlanıb
28.08.2020 12:20
  • A-
  • A
  • A+

T hüceyrələrinin COVID-19-a qarşı güclü qorunma təmin etdiyi aşkarlanıb

Son tədqiqatlara görə, insan bədənindəki T hüceyrələri COVID-19 xəstəliyinə qarşı davamlı immunitet inkişaf etdirməkdə olduqca vacib rol oynayır.

T hüceyrələrinin COVID-19 xəstəliyini yüngül keçirən və ya heç bir simptomu olmayan xəstələrdə gələcəkdə bu infeksiyaya yoluxma ehtimalına qarşı uzunmüddətli immunitet təmin etməsi sübut olunub. Bu şəxslərin qanında hər hansı neytrallaşdırıcı anticisim olmasa belə, T yaddaş hüceyrələri  SARS-CoV-2 infeksiyasına qarşı güclü qorunma təmin edir. Yenidən COVID-19-a yoluxan şəxs T hüceyrələri sayəsində xəstəliyi asanlıqla keçirə biləcək.

İsveçin Karolinska İnstitutunun immunoloqu Markus Buggert yüngül və ya asimptomatik daşıyıcı olan insanların test olunmaması və bu insanların daşıyıcı olduğunu bilmədən cəmiyyət arasında sərbəst gəzməsi nəticəsində xəstəliyin yayılması ehtimalının artması səbəbindən araşdırmaların ən təhlükəli hesab olunan bu qrupa yönəldilməsinin vacib olduğunu vurğulayıb.

Sınaqlar nəticəsində xəstəliyi yüngül keçirən və ya simptomları olmayan xəstələrdə virusa qarşı aktiv mübarizə aparan çox sayda anticisim istehsal olunması ilə yanaşı, xəstəliyə qarşı olduqca güclü T hüceyrələrinin əmələ gəlməsi də müşahidə edilib.

medimagazin.com.tr

  • Paylaş: