Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Elektrik keçirici örtüklərin hazırlanması üçün yeni üsul təklif olunub
04.09.2020 11:51
  • A-
  • A
  • A+

Elektrik keçirici örtüklərin hazırlanması üçün yeni üsul təklif olunub

D.İ.Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universitetinin alimləri rusiyalı və yunan həmkarları ilə birlikdə polianilin perspektivli keçirici polimerinin bərk daşıyıcının (silikagelin) zərrəciklərindən hazırlanmış altyastığın səthində lokal şəkildə sintezi üsulunu təklif ediblər. Yeni yanaşma materialın keyfiyyətinə və xassələrinə diqqətlə nəzarət etməyə imkan verəcək. Tədqiqatçılar farmakoloji preparatların daşıyıcılarını yaratmaq üçün yeni materialdan istifadə etməyi, həmçinin digər polimerlər və altyastıqlar nümunəsində metodun işlənilməsini planlaşdırırlar.

Nanonewsnet.ru saytının məlumatına görə, prosesin ətraflı öyrənilməsi üçün alimlər bir sıra əlavə təcrübələr aparıblar. Belə ki, tədqiqatçılar elektron paramaqnit rezonans üsulu ilə gedən reaksiyaların kinetikasını öyrənib və polimerləşmənin yalnız silikagelin və monomerin maye məhlulunun sərhəddində baş verdiyini sübut ediblər.

Nəticələr "Polymer" jurnalında dərc olunub.

  • Paylaş: