AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr fonduna dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin öz əli ilə qələmə aldığı nadir not yazıları təhvil verilib.
Not yazıları Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 10 illiyi münasibətilə 1930-cu ildə yaradılmış “Himn” və 1934-cü ildə böyük İran şairi Firdovsinin anadan olmasının 1000 illiyi ərəfəsində ərsəyə gəlmiş “Kantata” əsərləridir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.