Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.04.2015 00:00
  • A-
  • A
  • A+

“Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” təqdim olundu

“Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” təqdim olundu

Aprelin 29-da “Four Seasons Baku” otelində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən III Qlobal Bakı Forumu çərçivəsində “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın təqdimat mərasimi olub.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov AMEA-nın qərarı ilə Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqanın və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldinin “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medal”a layiq görüldüklərini bildirib.

Daha sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə medalı Latviyanın sabiq Prezidentinə və İsgəndəriyyə Kitabxanasının direktoruna təqdim edib. 

Akif Əlizadə bildirib ki, Vayra Vike-Freyberqa Azərbaycan-Latviya əlaqələrinin inkişafında, eləcə də Nizami Gəncəvinin əsərlərində təbliğ etdiyi ümumbəşəri dəyərlərin geniş miqyasda dünyaya çatdırılması, xalqlar və mədəniyyətlərarasında dialoq, tolerantlıq və anlaşmanın təbliğ olunması istiqamətində xidmətlərinə, İsmayıl Seragəldin isə dünya elmi-mədəni irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması, həmçinin Nizami Gəncəvinin bəşəri fikir və ideyalarının öyrənilməsi və təbliği istiqamətindəki gördüyü işlərə görə bu medala layiq görülüblər.

Qeyd edək ki, aprelin 29-da keçirilmiş AMEA-nın Ümumi illik yığıncağında Azərbaycan elmi tarixində ilk dəfə olaraq “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə Azərbaycan incəsənətinin və sənətşünaslıq elminin inkişafındakı xidmətlərinə görə akademik Arif Məlikov mükafatlandırılıb. Eyni adlı mükafata Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, fizika üzrə Nobel mükafatı laureatı Jores Alfyorov da layiq görülüb.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.  

  • Paylaş: