Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Birinci Avropa Oyunları ilə əlaqədar Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin iş rejimində dəyişiklik edilib
05.06.2015 15:58
  • A-
  • A
  • A+

Birinci Avropa Oyunları ilə əlaqədar Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin iş rejimində dəyişiklik edilib

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Bakıda keçirilən birinci Avropa Oyunları ilə əlaqədar olaraq iyun ayının 1-dən etibarən ikinövbəli iş rejimində fəaliyyət göstərir.

Bazar günü istisna olmaqla, hər gün səhər saat 10:00-dan axşam 20:00-a kimi muzeyə gələn əcnəbi və yerli qonaqlar bu mədəniyyət ocağının qədim zamanlardan müasir dövrə kimi Azərbaycan ədəbiyyatının keçdiyi tarixi yol haqqında məlumat verən ekspozisiyası ilə tanış olurlar. Onlara görkəmli ədiblərin əlyazmaları, məşhur xəttatların yazı nümunələri, klassiklərin əsərlərinə çəkilən miniatürlər, Azərbaycan yazıçılarının əsərləri və sənədli fotoşəkillər, xalq yaradıcılığı nümunələri, müxtəlif dövrlərə aid sikkələrin kolleksiyası, qədim xalçalar, saxsı qablar və digər maddi mədəniyyət abidələri haqqında məlumatlar verilir.

Muzeyin yenilənmiş ekspozisiyasında monitorlar vasitəsilə təqdim edilən müxtəlif filmlərdən, səhnə əsərlərindən fraqmentlər, görkəmli Azərbaycan bəstəkarlarının əsərləri, tanınmış aktyorların ifasında poeziya nümunələri ziyarətçilərin xüsusi marağına səbəb olur. Qonaqlara həm Azərbaycan, həm də rus və ingilis dilllərində xidmət göstərilir.

Qeyd edək ki, muzey ikinövbəli iş rejimində iyunun 30-dək fəaliyyət göstərəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: