Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Tovuzda aparılan arxeoloji qazıntılar zamanı mindən artıq qədim əşya tapılıb
22.07.2015 11:38
  • A-
  • A
  • A+

Tovuzda aparılan arxeoloji qazıntılar zamanı mindən artıq qədim əşya tapılıb

Tovuzun Əyyublu kəndi ərazisində yerləşən Menteştəpə qədim yaşayış məskənində 8 il öncə başlanılan işlərə yekun vurulur. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tovuz arxeoloji ekspedisiyasının Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin mütəxəssisləri ilə birgə aparılan tədqiqatların əsas məqsədi Kür çayının orta axarında qədim yaşayış məskənlərini tədqiq etməkdir. Radio-karbon analizlərinin nəticələri abidənin bizim eradan əvvəl VI minilliyə aid olduğunu deməyə əsas verir.

Tədqiq edilən bu abidə Azərbaycanın qədimliyini bir daha dünyaya nümayiş etdirir. Yaşayış məskənində Neolit dövründən başlayaraq erkən tunc dövrünə qədər minillikləri əhatə edən mindən artıq nadir və qədim maddi mədəniyyət nümunələri aşkarlanıb. Arxeoloji materialların arasında qızıl olanı da var.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: