Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Alimlər plastik kütləni əvəz edəcək yeməli qablaşdırma yaradıblar
02.10.2015 16:19
  • A-
  • A
  • A+

Alimlər plastik kütləni əvəz edəcək yeməli qablaşdırma yaradıblar

Plastik şüşə qablara yeməli alternativ hazırlanıb. Yosunlardan hazırlanmış “Ooho” adlı “top” yeni və ekoloji təmiz məhsullar üzrə Avropa müsabiqəsinin Britaniya bölməsinin qalibi olub.

Sferik formalı yeni qablaşdırma materialının yaradıcıları bu məhsulu  “Yeyilməsi mümkün olan su” kimi səciyyələndiriblər. Orijinal qablaşdırma tamamilə bioparçalanma xüsusiyyətinə malik maddələrdən hazırlanır - natrium alginat (dəniz yosunlarının törəməsi) və kalsium xlorid. Bu məhsulun bir vahidinin maya dəyəri 1 pensin civarındadır. İdeya müəlliflərinin fikrincə, onların ixtirası dünyada plastik kütlədən istifadəni əhəmiyyətli dərəcədə azaltmağa imkan yaradacaq.

Yeməli ekoqablaşdırma − 1946-cı ildə işlənib hazırlanmış sferifikasiya, yəni mayeyə sferik forma vermə texnologiyasının köməyi ilə yaradılır. 

www.inter-nauka.com

  • Paylaş: