Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

“Ağıllı” çamadan sahibini tanıyacaq
12.01.2016 16:02
  • A-
  • A
  • A+

“Ağıllı” çamadan sahibini tanıyacaq

“NUA Robotics” şirkəti “CES 2016” – Beynəlxalq elektronika sərgisində sahibini tanıya və onun izi ilə gedə bilən “ağıllı” çamadanın prototipini təqdim edib.

Çamadan sahibini tanıması və onun mobil qadjetlərinə qoşulması üçün kamera və “Bluetooth” modulla təchiz edilib. Çamadan hələ ki, təcrübədən keçirilir. Sınaqlar müvəffəqiyyətlə başa çatdırılarsa, qadjet cari ildə satışa çıxarılacaq.

“İstənilən predmet “ağıllı” və ya robotik ola bilər. Gündəlik həyatda istifadə üçün bu kimi predmetlərin istehsalı “NUA Robotics”in missiyasıdır”, – şirkət rəhbəri Aleks Libman bildirib.

hitech.newsru.com saytının məlumatına görə, çamadanda istifadə edilən texnologiya supermarket arabalarında da tətbiq edilə bilər. Bunun sayəsində fiziki imkanları məhdud şəxslər və yaşlı insanlar daha asan alış-veriş edə biləcəklər.

  • Paylaş: