Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Yaxın gələcəkdə robotlar insanların peşələrinə də yiyələnəcəklər
26.01.2016 12:05
  • A-
  • A
  • A+

Yaxın gələcəkdə robotlar insanların peşələrinə də yiyələnəcəklər

 “Fuji Keizai” analitik şirkətinin proqnozuna əsasən, yaxın 5 ildə insanabənzər robotlar bazarının həcmi 14 dəfə artaraq 200 milyon dollar təşkil edəcək.

Belə robotlar mağaza, mehmanxana, hətta otelə müştərilər cəlb etmək üçün reklam məqsədilə istifadə olunur. Yaxın gələcəkdə robotlar insanların peşələrinə də yiyələnəcəklər.

Analitiklər hesab edir ki, yaxın illərdə bütün peşələr şərti olaraq 2 kateqoriyaya bölünəcək: robotlar tərəfindən görüləcək işlər və insanların iştirakı zəruri olan işlər. Onların fikrincə, mağaza və sosial müəssisələrdə informasiya stendlərinin əməkdaşları, kassirlər, yaşlı insanlara qulluq edənlər birinci kateqoriyaya şamil edilir. Bu mənada dizayner, musiqiçi, dekorator, həkim, müəllim, biznes konsultant, barmen, bələdçi və yaradıcılıqla bağlı digər işçilərin narahatçılıq keçirməsinə ehtiyac yoxdur.

www.tass.ru

  • Paylaş: