Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Pomidor radiasiyadan müdafiə vasitəsi kimi istifadə edilə bilər
06.04.2016 14:26
  • A-
  • A
  • A+

Pomidor radiasiyadan müdafiə vasitəsi kimi istifadə edilə bilər

Britaniya və alman alimləri pomidorun tərkibindəki maddənin hüceyrələrin membranlarını ionlaşdırıcı şüalanmanın təsirindən effektiv şəkildə qoruduğunu aşkar ediblər.

Mançester Universitetinin əməkdaşları Kil və Berlindən olan həmkarları ilə likopin maddəsinin radioqoruyucu effektini tədqiq ediblər. Bunun üçün alimlər bu maddəni insanın qamma şüalanmaya məruz qalmış limfoid hüceyrələrinə əlavə ediblər.

Məlum olub ki, likopin hüceyrə membranlarını şüalanmanın zədələyici təsirindən qoruyur və bu radioqoruyucu effekt birbaşa oksigenin havadakı konsentrasiyasından asılıdır. Tədqiqatlar göstərib ki, oksigensiz mühitdə karotinoid maddəsi membranların zədələnməsinin qarşısını təxminən 50 dəfə azaldıb, 20%-li oksigenli şəraitdə - 5 dəfə, 100%-li də isə - qoruyucu effekt demək olar ki, müşahidə olunmayıb. Beləliklə məlum olub ki, likopinin radioqoruyucu təsiri radiasiya təsiri altında oksigendən yaranan superoksid radikallarının neytrallaşdırılmasıyla bağlı deyil.

Tədqiqatlarda iştirak etmiş Rut Edcin sözlərinə görə, likopinin aşkar edilmiş effektini atom stansiyalarında baş vermiş qəzalar zamanı yaranan şüa xəstəliklərinin profilaktikasında istifadə etməklə radioterapiyanın effektivliyini yüksəltmək mümkündür.

www.point.md/ru

 

  • Paylaş: