Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Britaniya alimləri ispanaqdan ürək-əzələ toxuması yetişdiriblər
28.03.2017 10:32
  • A-
  • A
  • A+

Britaniya alimləri ispanaqdan ürək-əzələ toxuması yetişdiriblər

Böyük Britaniyanın Vuster Politexnik İnstitutunun bir qrup alimi ispanaq yarpaqlarından miokard əzələ toxumasının xassələrinə yaxın olan üzvi maddə əldə ediblər.

Ria.ru saytının məlumatına görə, bitkinin kapillyar toru insanın ürək-damar sistemi kimi fəaliyyət göstərir.

Alimlər "bitki" miokard toxumasını əldə etmək üçün ispanaqdan bir sıra maddələri ixtisar edərək neytral sellülozlu kapillyarlar karkasını saxlayıblar. Alınmış karkasın gövdə hüceyrələri ilə emalı nəticəsində kiçik həcmdə mayeni özundən ötürmək qabiliyyətinə malik əzələ toxuması əldə edilib.

Mütəxəssislər ümid edirlər ki, bu yeni ixtira gələcəkdə süni orqanların yetişdirilməsi prosesində donor materiallarından istifadəni minimuma endirməyə imkan verəcək.

 

  • Paylaş: