Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Alimlər tərəfindən karbon nanoborulu tükənməz su filtri hazırlanıb
03.04.2017 15:33
  • A-
  • A
  • A+

Alimlər tərəfindən karbon nanoborulu tükənməz su filtri hazırlanıb

Bu sahədə araşdırmalar Roçester Texnoloji İnstitutunun mütəxəssisləri tərəfindən həyata keçirilib. Mütəxəssislərin sözlərinə görə, yeni kəşf suda olan zəhərli yağıntıların təmizlənməsi üçün faydalı olacaq.

Ekspertlər karbon nanoboruların suyu təmizləmək üçün səmərəli vasitə olduğunu və tükənməz su filtri kimi istifadə oluna biləcəyini hesab edirlər. Bildirilib ki, gel və aktivləşdirilmiş kömür əsasında hazırlanan filtrlər karbon filtrlərdən fərqli olaraq uzunömürlü deyil.

Layihənin müəllifləri Recinald Rocers və Con-Devid Roçanın sözlərinə görə, nanoborular yeni üsullarla istifadəyə verildiyindən təmizləmə texnologiyası daha əhəmiyyətli ola bilər.

Sözügedən su filtri suyu kifayət qədər faydalı minerallarla təmin edə biləcək. 

vistanews.ru

  • Paylaş: