Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Britaniyada infarkt riskini azaldan yeni dərman kəşf edilib
29.08.2017 09:58
  • A-
  • A
  • A+

Britaniyada infarkt riskini azaldan yeni dərman kəşf edilib

Britaniyalı mütəxəssislər infarkt riskini azaldan yeni dərman kəşf ediblər.

www.bbc.com saytı xəbər verir ki, dörd il ərzində 40 ölkədə 10 min xəstənin üzərində aparılan araşdırma zamanı antienflamatuar dərmanların infarkt riskini azaltdığı məlum olub. Mütəxəssislər araşdırmaların müsbət nəticə verdiyini bildiriblər. Bu dərmanlardan istifadə edən xəstələr arasında infarkt riski 15 faiz azalıb.

İngiltərə Ürək Vəqfi bu araşdırmanın nəticələrinin müsbət olduğunu və kəşf edilən yeni preparatın xəstələrə yaxşı təsir göstərdiyini bildirib.

  • Paylaş: