"Intellectual Ventures Laboratory" şirkətinin nümayəndəsi Pablos Xolman yeni imkanlara malik 3D-printerlərin hazırlanması üzərində işləyir. Bu printer su ilə tozaoxşar inqrediyentləri qarışdıraraq alınmış məhluldan ucluqlar vasitəsilə müxtəlif yeməkləri formalaşdıracaq.
"Computerworld" jurnalının məlumatına görə, lazımi tozlarla dolu olan kartriclə təchiz edilmiş qurğu qidanı adi yeməklər şəklində “çap edə” biləcək. Printer, həmçinin ən yüksək dəqiqliklə qidalanma kaloriliyini izləməyə, yeməkləri vitaminlərlə zənginləşdirməyə və hətta həkimin məsləhət bildiyi dərmanları əlavə etməyə imkan verəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.