Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Niyə məhz Akademiya?
12.11.2013 00:00
  • A-
  • A
  • A+

Niyə məhz Akademiya?

Tanıdığımız, fəaliyyət istiqamətlərinə bələd olduğumuz saysız-hesabsız elm ocaqları mövcuddur. Elmi müəssisə, təşkilat dedikdə, ilk növbədə göz önünə akademiya gəlir. Bəs, niyə məhz akademiya? Bu sual ətrafında heç düşünmüsünüzmü?

Həyatda heç bir şey təsadüfi olmadığı kimi, “Akademiya” adı da təsadüfən seçilməyib. Bəşər yaranandan saysız-hesabsız alimin yetişdiyi elm məbədgahı bir zamanlar Afina yaxınlığında yaşayan mifik qəhrəman Akademinin şərəfinə belə adlandırılıb.

Sonralar (b.e. əvvəl 427-347-ci illərdə) məhz bu qəhrəmanın adını daşıyan ərazidə Platon tərəfindən əsası qoyulmuş ilk elmi məktəbi “Akademiya ” adlandırmışlar. O zamandan etibarən bütün elmi məktəblər və digər elm ocaqları “Akademiya ” adlandırılmışdır.

XII-XIV əsrlərdə geniş vüsət alan bir çox Qərbi Avropa və Şərqi elmi birliklərə də Akademiya adı verilmişdir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
  • Paylaş: