Fevralın 13-də yerli vaxtla saat 06:25-də Şamaxı rayonunun Quşçu kəndi ərazisində yerləşən "Quşçu" palçıq vulkanında püskürmə baş verib.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına görə, püskürmə 1 dəqiqə 30 saniyə davam edib.
Hazırda ərazidə Geologiya və Geofizika İnstitutunun alimləri tərəfindən tədqiqatlar aparılır.
Qeyd edək ki, "Quşçu" palçıq vulkanı sonuncu dəfə 2018-ci ildə püskürmüşdü.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.