Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Reyhan Camalova ABŞ-da keçiriləcək beynəlxalq sərgidə Azərbaycanı təmsil edəcək
15.02.2019 12:01
  • A-
  • A
  • A+

Reyhan Camalova ABŞ-da keçiriləcək beynəlxalq sərgidə Azərbaycanı təmsil edəcək

Yağış suyundan enerji istehsal edən “Rainergy” qurğusunun gənc ixtiraçısı, “ASAN Xidmət”in ideya müvəkkili və dünya üzrə 100 nüfuzlu qadından biri, Bakı şəhəri 283 nömrəli tam orta məktəbin X sinif şagirdi Reyhan Camalova “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibi olub.

Reyhan Camalova müsabiqədə “Mühəndislik” nominasiyası üzrə I yeri tutaraq qızıl medalla təltif edilib. Bu uğuruna görə, R.Camalova 12-17 may tarixlərində ABŞ-ın Finiks şəhərində keçiriləcək Beynəlxalq Elm və Mühəndislik Sərgisində (Intel ISEF) “Rainergy” layihəsi ilə Azərbaycanı təmsil etmək imkanı qazanıb.

Qeyd edək ki, Təhsil Nazirliyi, AMEA, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, AR Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilən müsabiqədə ümumilikdə 54 layihə qalib seçilib. Qaliblərə pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: