Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Tələbələr Milli Azərbaycan Ədəbiyyatı Muzeyində təcrübə keçəcəklər
25.02.2019 10:43
  • A-
  • A
  • A+

Tələbələr Milli Azərbaycan Ədəbiyyatı Muzeyində təcrübə keçəcəklər

Ölkəmizdə “Elm haqqında” Qanunun prinsiplərinə uyğun olaraq ali təhsil müəssisələri ilə AMEA-nın birgə əməkdaşlığı və təcrübə mübadiləsi bu gün də uğurla davam etdirilir.

Bakı Slavyan Universitetinin filologiya, Bakı Dövlət Universitetinin isə şərqşünaslıq ixtisasları üzrə təhsil alan tələbələri AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində təcrübə keçəcəklər. Ali məktəblərin 35 nəfərdən ibarət müəllim və tələbə heyəti iki aylıq təcrübə müddətində muzeyin zəngin və geniş ekspozisiya zallarında bir neçə dildə təlimatlandırılacaq, elmi şöbələrin fəaliyyəti ilə tanış olacaq, ədəbiyyatşünaslıq, şərqşünaslıq, muzeyşünaslıq üzrə seminar məruzələrini dinləyəcəklər.

Tələbələrin tədris təcrübəsi mayın 24-də yekunlaşacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: