Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Stres və bitkilərin adaptasiyası” adlı kitab nəşr olunmuşdur
20.08.2014 00:00
  • A-
  • A
  • A+

“Stres və bitkilərin adaptasiyası” adlı kitab nəşr olunmuşdur

AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları - professor Ramiz Əliyev, bologiya elmləri üzrə fəlsəfə doktorları Mehrac Abbasov və Validə Rəhimlinin “Stres və bitkilərin adaptasiyası” kitabı çapdan çıxmışdır.

Kitabda abiotik stres amillərinin bitkilərə təsiri, stresə davamlılığın fizioloji-genetik əsasları, davamlılığın mexanizmi, biomüxtəlifliyin zülal və DNT markerləri ilə qiymətləndirilməsi haqqında ətraflı məlumat verilir. Eyni zamanda, müəlliflərin buğda, arpa və qarğıdalı bitkiləri üzərində apardıqları tədqiqat işlərinin nəticələri öz əksini tapıb.

AMEA Aqrar Elmlər Bölməsinin qərarı ilə çap olunmuş nəşrin elmi redaktoru akademik İradə Hüseynova, rəyçiləri professorlar Ellada Axundova və Ziya Əbilovdur.

Kitabdan universitetlərin biologiya və kənd təsərrüfatı ixtisasları üzrə təhsil alan tələbə, magistr və doktorantlar, həmçinin elmi-tədqiqat institutlarının bitki fiziologiyası, molekulyar biologiya, genetika və seleksiya sahəsində çalışan tədqiqatçı-mütəxəssislər istifadə edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: