Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ВАЖНЫЕ СОБЫТИЯ

Şuşa tamamilə türk-müsəlman ruhu daşıdığı üçün erməniləşdirə bilməyiblər
05.11.2020 10:45
  • A-
  • A
  • A+

Şuşa tamamilə türk-müsəlman ruhu daşıdığı üçün erməniləşdirə bilməyiblər

Ermənilər uzun illər ərzində işğal olunmuş bir çox şəhər və rayonların onlara “mənsubluğu” ilə bağlı iddialar səsləndirsələr də, Şuşa şəhəri ilə bağlı nisbətən gözləmə mövqeyi tutublar. Çünki Şuşa şəhərinin demək olar ki, bütün abidələri türk-müsəlman dünyasının ruhunu daşıyır.

Bunu AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.

Onun sözlərinə görə, Qarabağın mədəni və ictimai mərkəzi sayılan Şuşada ermənilərin Azərbaycan ərazilərinə köçürülməsindən sonra belə onlar kütləvi şəkildə yaşamayıblar.

E.Kəlbizadə qeyd edib ki, işğaldan sonrakı dövrdə ermənilər bu şəhərdə saxtalaşdırma və erməniləşdirmə işlərini tədricən həyata keçirməyə çalışıblar. Şuşa Dövlət Tarix-Memarlıq Qoruğunda olan yüzlələrə tarixi abidələr erməni vandalizminin təsirlərinə məruz qalıb.

Alim əlavə edib ki, işğala qədərki dövrdə Şuşa şəhəri və ətraf kəndlərdə qeydə alınmış tarixi abidələrin sayı 140-a yaxın olub. Bu abidələrin sırasında daş, tunc, dəmir dövrlərinə aid kurqanlar, daş qutu qəbirlər, mağaralar, malikanələr, tarixi evlər, məscidlər, tarixi qapılar və s. aiddir.

Tədqiqatçı bildirib ki, işğaldan sonra şəhərdəki Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Saatlı məhəlləsinin məscidi dağıdılaraq təhqir edilib. Şərq və Avropa memarlığının xüsusiyyətlərini özündə əks etdirən Yuxarı Gövhərağa məscidinin baştağı dağıntılara məruz qalıb. Vaxtilə Mir Möhsün Nəvvabın abidə üzərində həkk etdiyi kitabələrin çoxu dağıdılıb:

"Doğrudur, sonrakı illərdə ermənilər qonşu müsəlman ölkələrindən memarlar cəlb etməklə burada müəyyən işlər aparmış və bunu “fars mədəniyyətinin nümunəsi” kimi qələmə verməyə cəhd göstərmişlər.

Bunlardan əlavə şəhərdə olan Çöl qala, Hacı Yusifli, Xoca Mərcanlı, Quyuluq, Seyidli, Culfalar məscidlərinin vəziyyəti barədə ümumiyyətlə məlumat yoxdur. Şuşaətrafı kəndlərdə - Malıbəylidə, Daşaltıda yerləşən müxtəlif xristian-alban abidələri “erməniləşdirilib”" .

"Trend.az"

  • Поделиться: