Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ВАЖНЫЕ СОБЫТИЯ

Kimyaçı alimin “Heterotsiklik kimya” jurnalındakı fəaliyyəti sertifikata layiq görülüb
18.02.2021 14:50
  • A-
  • A
  • A+

Kimyaçı alimin “Heterotsiklik kimya” jurnalındakı fəaliyyəti sertifikata layiq görülüb

AMEA-nın  Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, k.e.d., dosent Əfsun Sucayevin “Journal of Heterocyclic Chemistry” (Heterotsiklik kimya) jurnalındakı beynəlxalq rəyçilik fəaliyyəti sertifikata layiq görülüb.

Alim sözügedən jurnalla 2019-cu ildən əməkdaşlıq edir, əsasən müxtəlif yeni heterotsiklik  birləşmələrin sintezi və onların quruluşunun, həmçinin fizioloji fəallığının tədqiqi ilə bağlı məqalələri dəyərləndirir.

Qeyd edək ki, dünyanın nüfuzlu nəşriyyatlarından biri sayılan “Wiley”in nəşri olan “Journal of Heterocyclic Chemistry” “Web of Science” bazasına daxildir, hər bir nömrəsində heterotsiklik kimyanın bütün aspektləri, xüsusən də müxtəlif heterotsiklik birləşmələrin sintezi üçün səmərəli sintetik metodologiyaların və strategiyaların inkişafı və tətbiqi ilə bağlı tədqiqatların əsas və mühüm nəticələri yayımlanır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: