3-4 iyun 2021-ci il tarixlərində AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Elm Günü”nə həsr edilən “Aqrosenozların torpaq-ekoloji problemləri və onların həlli yolları” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
Konfransın keçirilməsində məqsəd elmi tədqiqatların təqdimatı, müzakirəsi və qarşılıqlı məlumat mübadiləsidir. Tədbirlə əlaqədar materiallar məqalə formasında qəbul edilir. Məqalələrin həcmi 5 səhifədən artıq olmamalı və elektron variantı anas.conference.21@gmail.com ünvanına göndərilməlidir. Məqalələr 15 may 2021-ci il tarixinə qədər qəbul ediləcək.
Ünvan: AZ1073, Bakı ş., Məmməd Rahim küç., 5
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.