Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ВАЖНЫЕ СОБЫТИЯ

Vətən müharibəsinə həsr olunan nümunəvi dərs keçirilib
30.04.2021 09:42
  • A-
  • A
  • A+

Vətən müharibəsinə həsr olunan nümunəvi dərs keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Culfa rayon Xanəgah kənd tam orta məktəbinin yuxarı sinif şagirdləri üçün nümunəvi dərs keçib.

“Vətən müharibəsində qələbəni təmin edən əsas amillər” mövzusunda keçilən dərsdə alim ermənilərin əzəli torpaqlarımıza köçürülməsi, xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətindən bəhs edib. Qeyd edib ki, uzun illər fürsət axtaran düşmən, ötən əsrin 90-cı illərinin əvvəllərində himayədarlarının fəal dəstəyindən, ölkəmizdə hökm sürən hakimiyyətsizlikdən istifadə edərək soydaşlarımızın ata-baba yurdu Qərbi Azərbaycan ərazisindən deportasiyasına nail olublar. Bununla kifayətlənməyən təcavüzkarlar tarixi Azərbaycan ərazilərini işğal edib, bir milyondan çox soydaşımızı qaçqın və köçkün vəziyyətinə salıblar.

Akademik 44 gün davam edən Vətən müharibəsinin uğurlu nəticələrini, şanlı Azərbaycan Ordusunun sərgilədiyi mükəmməl döyüş bacarığını pedaqoji ustalıqla məktəblilərin diqqətinə çatdırıb. Bildirib ki, Azərbaycanın müzəffər ordusu qısa zamanda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, 150-dən artıq kənd və qəsəbəni, onlarla strateji yüksəkliyi düşmən tapdağından azad edib. Heç şübhəsiz, əldə edilən bu möhtəşəm qələbənin əsas rəhbəri Ali Baş Komandan, qələbəni qazanan isə müzəffər ordumuz idi. Müharibənin davam etdiyi günlərdə İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi sərgiləyib, bütün təzyiqlərə cəsarətlə sinə gərib, mərdlik və qətiyyətlilik nümunəsi göstərib. İstifadə edilən düzgün və həlledici hərbi taktika düşmənin belini qırıb.

Cəsur Azərbaycan oğulları, döyüşdə misilsiz şücaət göstərən qazilərimiz və hərb meydanında qəhrəmancasına şəhadətə ucalan igidlərdən söz açan alim bildirib ki, tökülən qanlar yerdə qalmayıb, şəhidlərimizin qisası elə hərb meydanında alınıb. 44 günlük müharibə dövründə ordumuzun döyüş meydanında sərgilədiyi igidlik, dövlət başçısının cəsarətli çıxışları düşmən qüvvələrə qarşı tutarlı mübarizə olmaqla yanaşı, parlaq qələbəmizdə də həlledici rol oynayıb.

Akademik İsmayıl Hacıyev dövlət, xalq və ordu birliyinin vacibliyi, xalqın milli birliyi, həmrəyliyindən söz açıb. Bildirib ki, qələbəmizi şərtləndirən amillərdən biri də xalqımızın nümayiş etdirdiyi milli birlik və siyasi həmrəylik olub. Əsgərlərimizin bu rəğbəti daim hiss etdiyini, döyüşən əsgər və zabitləri ruhlandırmaq üçün “Əsgərə məktub” aksiyasında məktəblilərin xüsusi fəallıq göstərdiyini qeyd edib.

Dərs zamanı məktəblilərdə milli vətənpərvərlik hissinin aşılanması ön planda olub, düşmənə nifrət, vətənə məhəbbət təbliğ olunub. Alim vurğulayıb ki, bu günün şagirdi sabahın vətənpərvər gəncidir. Bunun üçün də gənc nəsil tariximizi yaxşı öyrənməli, erməni vandallarının xalqımıza qarşı törətdikləri qanlı cinayətləri unutmamalı və bu reallıqların unudulmaması üçün bütün güclərini səfərbər etməlidirlər. Çünki 44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, qələbə yalnız döyüş meydanında deyil, informasiya meydanında da qazanılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: