Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  КОНФЕРЕНЦИИ, СОБРАНИЯ

MEK-də Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan müsabiqə keçirilib
05.05.2021 15:33
  • A-
  • A
  • A+

MEK-də Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan müsabiqə keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Nizami Gəncəvi İli” çərçivəsində dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr edilən müsabiqə keçirilib.

Tədbiri MEK-in baş direktoru, professor Məmməd Əliyev açaraq müxtəlif alimlərin, araşdırmaçıların Nizami Gəncəvi yaradıcılığına mütəmadi müraciət etdiklərini, bu yöndə dəyərli tədqiqat əsərləri ortaya qoyduqlarını bildirib, böyük mütəfəkkirin irsindən, onun ölkəmiz üçün önəmindən söhbət açıb. Qeyd olunub ki, dahi şairin yaradıcılığının tədqiq və təbliği dünya səviyyəsində də yüksək qiymətləndirilir. Məmməd Əliyev ölkə Prezidentinin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamının bu böyük dühanın yaradıcılığına verilən yüksək dəyər olduğunu iştirakçıların diqqətinə çatdırıb.

Sonra müsabiqənin qalibləri müəyyən olunub və MEK-də gələcəkdə də bu tipli müsabiqələrin keçiriləcəyi vurğulanıb.

Daha sonra münsiflər – AMEA-nın “Elm” nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov, Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Abdullayeva və digərləri çıxış edərək müsabiqədə iştirak edən MEK əməkdaşlarına Nizami Gəncəvi irsinə verdikləri dəyərə görə minnətdarlıqlarını bildiriblər.

Sonda professor Məmməd Əliyev Azərbaycan elminin populyarlaşdırılması istiqamətində görülən işlərə dəstək olaraq məqalələrin xarici dillərə tərcümə edilərək xarici jurnallara göndərilməsini tövsiyə edib. Həmçinin qeyd edib ki, MEK-də mütəmadi keçirilən belə müsabiqələrə əməkdaşların qatılması və aktiv iştirakı olduqca vacibdir.

Qeyd edək ki, MEK-in ayrı-ayrı şöbələrinin əməkdaşlarının qatıldığı müsabiqədə Azərbaycan və xarici dillərdə videoçarxlar, Nizami Gəncəvi yaradıcılığı haqqında elmi məqalələr, Nizami yaradıcılığında elmə məlum olmayan faktların araşdırılması istiqamətində materiallar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: