Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  КОНФЕРЕНЦИИ, СОБРАНИЯ

“Qarabağın arxeoloji və etnomədəni irsi: tarix və gələcəyə baxış” mövzusunda konfrans keçirilib
24.05.2021 10:18
  • A-
  • A
  • A+

“Qarabağın arxeoloji və etnomədəni irsi: tarix və gələcəyə baxış” mövzusunda konfrans keçirilib

AMEA-da  “Qarabağın arxeoloji və etnomədəni irsi: tarix və gələcəyə baxış” mövzusunda onlayn konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə qəhrəman Milli Ordumuzun qazandığı möhtəşəm qələbə nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağda arxeoloji və etnoqrafik tədqiqatların bərpasını vəzifə kimi Arxeologiya və Etnoqrafiya İnstitutunun qarşısında durduğunu xüsusi olaraq vurğulayıb.

Tədbirdə  Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova “Qarabağın arxeoloji irsinin tədqiqində yeni mərhələ”, institutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli “Qarabağda kəşf edilmiş arxeoloji mədəniyyətlər”, müəssisənin Eneolit və ilk tunc dövrü arxeologiyası şöbəsinin müdiri, t.e.d., professor Hidayət Cəfərov “Qarabağda arxeoloji tədqiqatlar tarixindən”, Daş dövrü arxeologiyası şöbəsinin müdiri, t.e.d., professor Əsədulla Cəfərov “Qarabağın paleolit düşərgələri: elmi nailiyyətlər, qarşıda duran problemlər”,  Antropologiya Mərkəzinin rəhbəri, antropologiya elmləri doktoru, professor Əliağa Məmmədli “Qarabağda etnoloji və antropoloji tədqiqatların perspektivləri haqqında”,  AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Qarabağın arxeoloji irsinin Yaxın Şərq mədəniyyətlərinin öyrənilməsi üçün əhəmiyyəti”, ukraynalı arxeoloq və bərpaçı Tatyana Krupa “Girzan kəndi qəbiristanlığındakı (Tovuz rayonu) sinə daşlarının qorunması problemi” mövzusunda məruzələr ediblər.

İnstitutun sektor müdiri, t.ü.f.d. Təvəkkül Əliev “Aşağı Qarabağın son neolit dövrü sakinlərinin mədəni-təsərrüfat həyatına dair”, t.ü.f.d. Mənsur Mənsurov “Zar paleolit mağara düşərgəsində aparılan yoxlama qazıntısının ilkin nəticələri”, t.e.d. Fəzail Vəliyev “Orta əsrlərdə Bərdə şəhəri Qarabağ geyim mədəniyyətinin mərkəzi kimi”, t.ü.f.d. Ülviyyə Hacıyeva “Kəlbəcər rayonunda Alban tarixi sitayiş irsi”, t.ü.f.d. Bəhmən Əliyev “Qarabağ at cinsinin Azərbaycanın atçılıq təsərrüfatında yeri”, t.ü.f.d. Pərviz Qasımov “Arxeogenetik araşdırmaların aktuallığı: Qarabağda aparılacaq arxeoloji tədqiqatlar üzrə” və digər arxeoloqlar, etnoqraflar və numizmatlar öz məruzələrini iştirakçıların diqqətinə çatdırıblar.

Konfransa təqdim edilmiş 60-a yaxın məruzələrdə azad edilmiş ərazilərdə aparılacaq arxeoloji və sosial antropoloji tədqiqatların prioritet istiqamətləri öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Поделиться: