Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

“XX əsr Azərbaycan ədəbiyyatı məsələləri”nin V kitabı işıq üzü görüb
25.05.2021 14:35
  • A-
  • A
  • A+

“XX əsr Azərbaycan ədəbiyyatı məsələləri”nin V kitabı işıq üzü görüb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “XX əsr Azərbaycan ədəbiyyatı məsələləri”nin V kitabı nəşr edilib.

İnstitutun Elmi Şurasının qərarı ilə çap olunan kitab Mir Cəlal və müasirlərinə həsr olunub.

İşin rəhbəri və elmi redaktoru filologiya elmləri doktoru, professor Şirindil Alışanlıdır. Rəyçiləri filologiya elmləri doktoru Rəhim Əliyev və filologiya üzrə fəlsəfə doktoru, dosent Aslan Salmansoydur.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş kitab 372 səhifədən ibarətdir. İki hissəli kitabda Mir Cəlalın bədii-elmi yaradıcılığı müasir elmi meyarlar və nəzəri-metodoloji prinsiplər mövqeyindən araşdırılır.

Nəşrdə İsa Həbibbəylinin “Mir Cəlal ədəbi-elmi məktəbi: sadəlik, dərinlik və professionallıq”, Elçinin “Yazıçı, alim, pedaqoq”, Şirindil Alışanlının “XX əsr Azərbaycan ədəbiyyatının Mir Cəlal fenomeni” və sair tədqiqatları yer alıb. Həmçinin Tehran Əlişanoğlu, Bədirxan Əhmədli, Vaqif Yusifli, Mahirə Quliyeva, Aygün Bağırlı, Təyyar Salamoğlu, Mərziyyə Nəcəfova, İlham Məmmədli, Yadigar Əsgərova, Səfurə Quliyeva, Aytən Rüstəmzadə, Nazif Qəhrəmanlı, Razim Məmmədov və Tahir Məsimovun məqalələri kitabda öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: