Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

Nobel mükafatı laueratı Nəcib Məhfuzun yaradıcılığından bəhs edən kitab çap olunub
07.12.2021 16:25
  • A-
  • A
  • A+

Nobel mükafatı laueratı Nəcib Məhfuzun yaradıcılığından bəhs edən kitab çap olunub

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərovanın “Ərəb ədəbiyyatının ehramı Nəcib Məhfuz” kitabı işıq üzü görüb.

Kitabın redaktoru Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyevadır.

Monoqrafiya ərəb dünyasının Nobel mükafatına layiq görülmüş ilk yazıçısı Nəcib Məhfuzun həyat və yaradıcılığına həsr olunub.

Monoqrafiyada dünya şöhrətli misirli yazarın əsərləri dövrünün tarixi, siyasi-ictimai fonunda tədqiq edilib, insan psixologiyasının ən dərin qatlarını özündə əks etdirən bədii qəhrəmanları və taleləri müxtəlif prizmalardan təhlil olunub.

X.Ələkbərova kitabın sonunda yazıçının zəngin ədəbi irsindən “Göy qurşağı”, “Şəkil”, “Əxlaqsız ev”, “Müttəhim”, “Hənzəl və polis”, “Naməlum düşmən” və s. hekayələrin tərcüməsini təqdim edib. Bu tərcümələr ərəb ədəbiyyatı sevərləri sevindirməklə yanaşı, N.Məhfuz dühası, bəşəri əhəmiyyətli ədəbi yaradıcılığı haqqında daha dolğun təəssürat yaratmağa imkan verir.

Qeyd edək ki, məşhur Misir yazıçısı N.Məhfuz ümumilikdə 34 roman, 350 hekayə, 15 ssenari, 5 pyes və yüzlərcə məqalədən ibarət zəngin bir irsi bəşəriyyətə miras buraxıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: