Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ВАЖНЫЕ СОБЫТИЯ

Coğrafiyaçı alim İctimai radioda qoruq və yasaqlıqların cari vəziyyətindən danışıb
12.01.2022 10:38
  • A-
  • A
  • A+

Coğrafiyaçı alim İctimai radioda qoruq və yasaqlıqların cari vəziyyətindən danışıb

11 yanvar - Dünya Qoruqlar və Milli Parklar günü münasibətilə AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin böyük elmi işçisi, c.ü.f.d Samirə Abuşova İctimai radionun qonağı olub.

Verilişdə qoruq və yasaqlıqların mövcud vəziyyəti qiymətləndirilib, həmçinin Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dövlət təbiət qoruqları və yasaqlıqlarının ilkin qiymətləndirilməsindən və bu istiqamətdə ərazidə aparılacaq tədqiqat işlərindən bəhs edilib.

Müsahibədə son illərdə daha aktual olan biosfer qoruqlarının Azərbaycanda yaradılması (2023-cü ildə hazır olunması nəzərdə tutulmuş Zaqatala-Balakən Biosfer Qoruğunun timsalında) halları müzakirə olunub. Milli parkların müasir vəziyyətindən danışılıb. Azərbaycanın “ornitoloji oazis”i hesab olunan Ağgöl Milli Parkının hazırkı vəziyyəti və orada qorunan nəsli kəsilməkdə olan fauna növləri haqqında məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: