AMEA Milli Azərbaycan Tarixi Muzeyində faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunmuş “Azərbaycan II dünya müharibəsi illərində” adlı sərgi təşkil edilib.
Sərgi muzeyin fondlarında qorunan eksponatlar və toplanılmış materiallar əsasında hazırlanıb. Sərgidə 483 eksponat, 230 foto-şəkil və 13 rəsm əsərlərindən ibarət ön cəbhədə və arxa cəbhədə vuruşan əsgərlərin materialları, Azərbaycan Sovet İttifaqı qəhrəmanlarının şəxsi əşya, sənəd və ləvazimatları, döyüş sursatları nümayiş olunur.
Qeyd edək ki, sərgidəki materiallar ilk dəfədir geniş ictimaiyyətə təqdim olunur. Əcnəbi qonaqların, turistlərin məlumat almaları üçün sərginin materiallarının annotasiyaları və onlar haqqında məlumat 3 dildə - Azərbaycan, rus və ingilis dillərində verilib. Sərginin Azərbaycan və rus dillərində geniş kataloqu hazırlanıb və nəfis şəkildə çapdan çıxıb.
Sərgi 2015-ci il 5 oktyabr tarixinədək nümayiş etdiriləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir