AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Sorbon və Sofiya-Antipolis universitetlərinin fəxri professoru, dosent Zöhrə Əliyevanın Fransa Prezidenti Emmanuel Makrona ünvanladığı açıq məktub Misir Ərəb Respublikasının "Cairo24.com" dövlət portalında çap edilib.
Məktubda ölkəmizin haqq davasından, Ermənistanın Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər ərazilərində mülki vətəndaşlara hücumlarından, çoxsaylı dağıntılardan bəhs edilir, günahsız insanların, uşaqların atılan ballistik raketlərin qurbanı olduğu diqqətə çatdırılır.
Bundan əlavə, Fransada islamofobiyanın pik həddə çatdığı vurğulanır, Məhəmməd Peyğəmbərlə bağlı karikaturanın xalqlar və dinlər arasındakı münasibətlərə xələl gətirdiyi bildirilir.
Məktubda, həmçinin Azərbaycanda tarixən İslam dini ilə yanaşı, digər dinlərə qarşı da diqqət və qayğı göstərildiyi əksini tapıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.