Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ВАЖНЫЕ СОБЫТИЯ

İşğaldan azad olunmuş ərazilərdə geoloji-kəşfiyyat işləri yenidən aparılacaq
10.11.2020 16:57
  • A-
  • A
  • A+

İşğaldan azad olunmuş ərazilərdə geoloji-kəşfiyyat işləri yenidən aparılacaq

Kiçik Qafqazla əhatə olunan Qarabağ ərazisi yeraltı və yerüstü təbii ehtiyatlarla zəngindir. XX əsrin ikinci yarısında Azərbaycan geoloqları Qarabağ ərazisində bir sıra qara, əlvan və nəcib metal, karbohidrogen, habelə müxtəlif növ tikinti materialı yataqlarını kəşf edib.

AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, geologiya-mineralogiya üzrə elmlər doktoru, professor Musa Məmmədov bildirib ki, Qarabağ ərazisində Yer qabığının geoloji-tektonik quruluşunun son dərəcə mürəkkəbliyi və müxtəlifliyi, burada geniş spektrə malik istər endogen, istərsə də ekzogen mənşəli faydalı qazıntıların aparılmasına zəmin yaranıb. Onun sözlərinə görə, sözügedən bölgədə 160-dan çox müxtəlif qiymətli metal yataqlarını Ermənistan siyasi rəhbərliyi qanunsuz kortəbii istismar edib.

Geoloq onu da vurğulayıb ki, 30 ilə yaxın müddətdə işğaldan tam azad olunmuş Qarabağ ərazisinin yeraltı və yerüstü sərvətlərinin mövcud vəziyyətini təftiş etmək, qalıq ehtiyatlarını qiymətləndirmək, geoloji-kəşfiyyat işlərini müasir üsullarla aparmaq üçün akademiya alimlərinin üzərinə böyük vəzifə düşür.

Daha ətraflı Elm TV-nin reportajından izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: