Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ВАЖНЫЕ СОБЫТИЯ

Erməniləşdirilən toponimlərə Azərbaycan adlarının qaytarılması üçün işlərə başlanılıb
16.11.2020 11:45
  • A-
  • A
  • A+

Erməniləşdirilən toponimlərə Azərbaycan adlarının qaytarılması üçün işlərə başlanılıb

İşğaldan azad edilən ərazilərdə erməniləşdirilən Azərbaycan toponimlərinin müəyyən edilməsi və onlara Azərbaycan adlarının qaytarılması üçün hazırlıq işlərinə başlanılıb.

Bunu Milli Məclis yanında Toponimiya Komissiyasının sədri, Milli Məclisin deputatı, AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, artıq AMEA-nın Dilçilik, Tarix, Coğrafiya institutları bu istiqamətdə iş aparırlar:

“Qədim xəritələrimizdə və digər mənbələrdə olan tarixi adlarımızın siyahısı hazırlanır. Indi həmin tarixi adlarımızın və onların düzgün yazılışının müəyyən edilməsi istiqamətində iş aparılır. Biz toponimləri öz tarixi adlarına qovuşdurmalıyıq. Çünki bu toponimlərin hamısı tarixi Azərbaycan torpaqlarında yaşayan azərbaycanlıların soykökləri, tarixi ilə bağlı olan, tarixləri özündə yaşadan adlardır. Prezident İlham Əliyevin apardığı böyük qalibiyyət yürüşü işığında bu adların hamısı bərpa olunacaq”.

Akademik əlavə edib ki, yeni yer adlarının müəyyən edilməsi zamanı həm tarixi toponimlər, həm də Azərbaycan Ordusunun Vətən Müharibəsində etdiyi qəhrəmanlıqlarla, yeni tarixin nişanələri ilə bağlı yeni yer adlarının qoyulması təklif edilir.

"Trend.az"

  • Поделиться: