Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ВАЖНЫЕ СОБЫТИЯ

İctimai televiziyada Təcrübə-Sənaye Zavodunda istehsal olunan "Bağ məlhəmi"i haqqında sujet yayımlanıb
24.11.2020 15:20
  • A-
  • A
  • A+

İctimai televiziyada Təcrübə-Sənaye Zavodunda istehsal olunan "Bağ məlhəmi"i haqqında sujet yayımlanıb

İctimai televiziyanın “Nübarlı bağ” verilişində AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti olan Təcrübə-Sənaye Zavodunda yeni yexnologiyalar əsasında hazırlanmış, ağac budaması zamanı tətbiq olunan "Bağ məlhəmi" adlı effektiv məlhəm haqqında sujet yayımlanıb.

Təcrübə-Sənaye Zavodunun direktor müavini, kimya üzrə fəlsəfə doktoru Səxavət Rüstəmov "Bağ məlhəmi" preparatı haqqında məlumat verərək bildirib ki, bu məhsul zavodun 80 fərqli adda istehsal etdiyi məhsullardan biridir: “Preparat bağ şəraitində sınaqdan keçirilir, sınaqlar müsbət nəticə verdikdən sonra bütün parametrlər təyin olunur və analitik mərkəz tərəfindən məhsulun keyfiyyətinə nəzarət olunur. Hazırda bu məlhəmin zavod şəraitində kütləvi istehsalı həyata keçirilir”.

O qeyd edib ki, “Bağ məlhəmi” mart və noyabr aylarında həyata keçirilən budama işləri zamanı meyvə ağaclarında budamadan sonra yaranan yaralarda göbələk, bakteriya, virus mənşəli xəstəliklər, həmçinin zərərvericilərin məskunlaşmasının qarşısının alınması məqsədilə istehsal olunub. Direktor müavini əlavə edib ki, ölkəmizin müxtəlif bölgələrində üzümlüklərdə, meyvə bağlarında ağac budamasından sonra onun zədələnmiş hissələrdəki kəsiklərin üzərində tətbiq olunması ağacların sağlam qalması və vaxtından əvvəl qurumaması baxımından böyük səmərə verir.

S.Rüstəmovun sözlərinə görə, Azərbaycanda ilk dəfə olaraq tam yerli xammal bazası əsasında hazırlanmış bu məhsul yerli iqlimə və müasir tələblərə uyğunlaşdırılmaqla yanaşı, ekoloji cəhətdən də zərərsizdir. “Bağ məlhəmi” qiymət baxımından xarici analoqlarından daha sərfəlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: