Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

Neft-Kimya Prosesləri İnstitutunun alimlərinin yeni monoqrafiyası nəşr olunub
18.12.2020 13:37
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunun alimlərinin yeni monoqrafiyası nəşr olunub

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları H.C.İbrahimov, T.A.Məmmədova, F.Ə.Əmirov, Z.M.İbrahimova, Z.M.Axundova, G.S.Muxtarova tərəfindən “Pirolizin maye məhsullarının analizi və emalının inkişafı perspektivləri” (“Aнализ и перспективы развития переработки жидких продуктов пиролиза”) adlı monoqrafiya rus dilində çapdan çıxıb.

Monoqrafiyada müasir karbohidrogen xammallarının pirolizinin ümumi məsələləri ön plana çəkilib, prosesin termodinamikası və kinetikasının əsasları ətraflı işıqlandırılıb, aşağı molekullu olefinlərin, neft-kimya və üzvi sintez üçün digər qiymətli məhsulların istehsalının inkişafının əsas istiqamətləri və meylləri öz əksini tapıb. Kitabda bu sahədə çalışan alimlərin prosesin inkişafı və intensivləşdirilməsinin ən perspektivli istiqamətləri, pirolizin maye məhsullarının müasir emal istiqamətləri barədə apardıqları tədqiqatların nəticələri haqqında məlumatlar verilib, mövcud proseslərin təkmilləşdirilməsi və inkişaf etdirilməsinin əsas yolları vurğulanıb.

Monoqrafiya neft-kimya sənayesində çalışan mühəndis və texniki işçilər, o cümlədən bu sahədə tədqiqat aparan alimlər, doktorantlar və universitet tələbələri üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: