Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ВАЖНЫЕ СОБЫТИЯ

Günəşdə baş verən partlayışlar: alimlər təşvişə ehtiyac görmür
17.12.2020 19:42
  • A-
  • A
  • A+

Günəşdə baş verən partlayışlar: alimlər təşvişə ehtiyac görmür

Bəzi alimlər həyəcanverici bir açıqlama ilə çıxış ediblər. İddialara görə dekabrın 17-dən bütün planet altı gün boyunca qaranlığa qərq ola bilər. Ehtimala görə bunun səbəbi Günəşdə baş verəcək güclü partlayışlardır. Bu, son 300 ildə ən güclü maqnit fırtınasına gətirib çıxaracaq.

Alimlər onu da iddia edir ki, bunun təsirini istisnasız olaraq hər kəs hiss edəcək. Elektrik kəsintiləri, internetdə fasilələrlə yanaşı, insan sağlamlığında da bir sıra problemlər, o cümlədən baş ağrıları yaranacaq.

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, günəş fizikası üzrə mütəxəssis, AMEA-nın müxbir üzvü Namiq Cəlilov isə narahatlığa əsas olmadığını, Günəşdə baş verən belə partlayışlar nəticəsində əmələ gələn kütlələrin təsirindən Yeri qoruyan maqnit sahəsinin güclü olduğunu vurğulayıb.

Daha ətraflı Elm TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: