Son günlər Rusiyanın Avropa hissəsinin cənubunda kəskin şaxtalar qeydə alınıb və əvvəlcə Azov dənizi, sonra isə Xəzər dənizinin şimalı donmağa başlayıb.
Bununla bağlı Elm TV-yə açıqlama verən AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Xəzər dənizinin şimal hissəsinin, yəni Çeçen adasından Aktau şəhəri boyunca suların hər il noyabr ayında donmağa başladığını bildirib. Donmaların bəzi hallarda gecikdiyini deyən alim bunun ənənəvi hal olduğunu vurğulayıb.
“Bu il böyük buz qalıqlarının əmələ gəlməsinin səbəbi müasir iqlim dəyişmələridir. İqlim dəyişmələri nəticəsində tez-tez belə şaxtalı halları, yaxud da yayda isti günləri görmək olacaq. İnsanlar belə ekstremal hallara hazır olmalıdır”, - akademik söyləyib.
Daha ətraflı Elm TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.