Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ВАЖНЫЕ СОБЫТИЯ

Dünyaca məşhur İstisu tibbi turizm məkanına çevriləcək
23.12.2020 11:30
  • A-
  • A
  • A+

Dünyaca məşhur İstisu tibbi turizm məkanına çevriləcək

Kəlbəcər Azərbaycanın ən böyük inzibati ərazi vahidi olmaqla yanaşı, həm də gözəl təbiəti, əlverişli relyefi ilə seçilən rayonudur. Rayona məşhurluq qazandıran həm də ərazisində Keşdək, Qarasu, Mozçay, Bağırsaq, Qotursu kimi böyük müalicə - balneoloji təsirə malik mineral su yataqlarının olmasıdır. Onlardan biri də İstisu mineral su bulağıdır.

Elm TV-yə müsahibə verən AMEA-nın Geologiya və Geofizika İnstitutunun Petrologiya şöbəsinin müdiri, geologiya elmləri doktoru Musa Məmmədov bildirib ki, dünyaca məşhur kimyaçı alimlər İstisu mineral su bulağını tərkibinin zənginliyinə görə Çexiyanın məşhur Karlovı Varı mineral suyundan üstün tuturlar. Geoloq alim institut alimləri ilə birgə İstisu bulağından sanatoriyaların dincəlmə mərkəzlərini isitmək üçün layihə üzərində çalışdıqlarını da qeyd edib.

AMEA-nın Coğrafiya İnstitutunun Turizm və rekreasiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Zaur İmrani isə bildirib ki, Kəlbəcər təbiəti, gözəlliyi, müalicəvi mineral su bulaqlarının olmasına görə, gələcəkdə turistlərin başlıca seçimi olacaq: "İstisuda ümumilikdə 12 bulaq var. Həmin bulaqların bazasında böyük bir sanatoriya tipli müalicə sağlamlıq mərkəzinin tikilməsinə ehtiyac var. Gələcəkdə həmin müəssisənin tikilməsi ilə oradakı vətəndaşlarımız işlə təmin olunacaq, eyni zamanda bu, bölgənin iqtisadiyyatına böyük töhfə verəcək. O cümlədən Kəlbəcərin ekoturizm, dağa dırmanma, alpinizm, piyada turizm marşrutları kimi böyük potensialı var".

Daha ətraflı Elm TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: