Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ВАЖНЫЕ СОБЫТИЯ

06.01.2021 10:35
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunda magistrantların imtahanı keçirilib

İdarəetmə Sistemləri İnstitutunda magistrantların imtahanı keçirilib

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda “Riyaziyyat”,“Kompüter elmləri” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə magistrantların qış imtahan sessiyası başlayıb.

I kursda təhsil alan 4 , II kursda təhsil alan 10 magistrant imtahanlarda iştirak edir. İmtahan sessiyasında I kurs magistrantlar üçün 8, II kurs magistrantlar üçün 16 imtahan keçiriləcək. Ölkə ərazisində tətbiq olunan karantin rejimi nəzərə alınaraq imtahanlar online şəkildə təşkil edilib.

Qeyd edək ki, sözügedən müəssisədə 2020/2021-ci tədris ili üzrə qış imtahan sessiyası 2021-ci il fevralın 2-dək yekunlaşacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: