Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

“AMEA-nın xəbərləri. İqtisadiyyat seriyası” jurnalının yeni nömrəsi çapdan çıxıb
07.01.2021 14:25
  • A-
  • A
  • A+

“AMEA-nın xəbərləri. İqtisadiyyat seriyası” jurnalının yeni nömrəsi çapdan çıxıb

AMEA-nın İqtisadiyyat İnstitutunun “AMEA-nın xəbərləri. İqtisadiyyat seriyası” jurnalının 2020-ci il üzrə dördüncü nömrəsi oxuculara təqdim olunub. Jurnaldakı bütün elmi məqalələrin elektron variantı İqtisadiyyat İnstitutunun internet saytında – economics.com.az - da yerləşdirilib. Məqalələri saytdan yükləməklə oxumaq mümkündür.

Jurnalda 13-ü Azərbaycan, 2-si rus dilində olmaqla 15 elmi məqalə dərc olunub. Nəşrdə “Rəqəmsal iqtisadiyyat” fenomeni: konseptual interpretasiyanın sistemlilik problemi”, “Müasir dövrdə bilik iqtisadiyyatının formalaşmasında innovativ sahibkarlığın inkişafına nəzəri-metodoloji yanaşmalar”, “Elmi-tədqiqat işlərinin kommersiyalaşdırılmasının nəzəri-metodoloji aspektləri”, “Azərbaycan iqtisadiyyatının innovativ inkişafının əsasları”, “Sığorta ödənişlərinə təsir edən amillərin ekonometrik qiymətləndirilməsi”, “Azərbaycanda vergi potensialı və həyata keçirilən vergi islahatları” və s. kimi aktual mövzularda elmi məqalələr yer alıb.

Xatırladaq ki, AMEA Rəyasət Heyətinin qərarı ilə 1966-cı ildən nəşr olunan jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin” siyahısına daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: