Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ВАЖНЫЕ СОБЫТИЯ

07.01.2021 16:05
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunda magistrantların qış imtahan sessiyası başlayıb

Neft-Kimya Prosesləri İnstitutunda magistrantların qış imtahan sessiyası başlayıb

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda təhsil alan magistrantların 2020/2021-ci tədris ili üzrə qış imtahan sessiyasına başlanılıb.

İlkin olaraq “Neft kimyası”, “Nanomateriallar kimyası” və “Ətraf mühit kimyası” ixtisasları üzrə 11 magistrant imtahan verib.

Ölkə ərazisində tətbiq olunan karantin rejimini nəzərə alaraq imtahanlar onlayn formatda təşkil edilib.

İmtahan prosesi zamanı AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsinin əməkdaşları da iştirak edib.

Qeyd edək ki, qış sessiyası fevral ayının 2-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: