Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

Muğan düzündə torpaqların şorlaşması ilə bağlı tədqiqatlar aparılıb
01.02.2021 16:20
  • A-
  • A
  • A+

Muğan düzündə torpaqların şorlaşması ilə bağlı tədqiqatlar aparılıb

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, akademik Qərib Məmmədov, b.ü.f.d. Zaman Məmmədov, a.e.ü.f.d. Elton Məmmədov və Cənubi Koreya Respublikasının Seul Milli Universitetinin professoru Hee Myong Ro, Ph.D Junho Han və digərlərinin həmmüəllifi olduğu məqalə işıq üzü görüb.

“Azərbaycan Respublikası Muğan düzü torpaqlarında ağır metalların və şorlaşmanın məkan paylanması” (“Spatial distribution of salinity and heavy metals in surface soils on the Mugan Plain, the Republic of Azerbaijan”) adlı məqalə impakt faktorlu “Environmental Monitoring and Assessment” jurnalında çapdan çıxıb.

Tədqiqat işində Muğan düzündə torpaqların şorlaşması və ağır metalların konsentrasiyası, onların relyef və qrunt suları ilə əlaqələri, məkan yayılması öyrənilib. Çoxsaylı torpaq nümunələrinin analizləri sayəsində ağır metalların insan sağlamlığına və ətraf mühitə potensial riski qiymətləndirilib. Tədqiq olunan 20 element arasında Ca, Cl və S, ağır metallardan isə Cr, Ni və Pb geoakkumulyasiya indekslərinə görə ən problemli elementlər, potensial ekoloji risk indeksinə görə As isə toksik riskli element kimi müəyyən edilib. Bununla yanaşı, qiymətləndirmələrə görə As, Cr və Ni-in konsentrasiyasının kənd təsərrüfatında istifadə olunan torpaqlarda yolverilən hədlərdən yuxarı olduğu müəyyənləşdirilib. Tədqiqat ərazisində yuyulan ionların 99%-i kation duzlarıdır və ən ciddi şorlaşma problemini Na, Ca, Cl və S yaradır. Məqalənin nəticələri göstərir ki, ağır metallarla torpaqların çirklənməsi və yüksək duzluluq səviyyəsi Azərbaycanın Muğan düzündə qida təhlükəsizliyi və sağlamlıq üçün nəzərə alınması vacib olan əsas problemlərdəndir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: