Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

“Axtarışlar” jurnalının yeni sayı dərc olunub
05.02.2021 16:05
  • A-
  • A
  • A+

“Axtarışlar” jurnalının yeni sayı dərc olunub

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən nəşr edilən “Axtarışlar” jurnalının ötən ilə olan dördüncü sayı işıq üzü görüb.

Jurnalın yeni sayında tədqiqatçıların ədəbiyyatşünaslıq, folklorşünaslıq, sənətşünaslıq və dilçiliklə bağlı araşdırmalarının nəticələri yer alıb. Müxtəlif mövzulu elmi məqalələrin dərc olunduğu jurnalda Naxçıvanın aşıq yaradıcılığı, yallıları, teatrı, memarlığı tədqiq olunmuş, Asim Yadigar, Hüseyn Abbaszadə, Paşa Qəlbinur, Bəhruz Kəngərli kimi sənətkarların yaradıcılığı araşdırılıb.

Nəşrin “Biblioqrafiya” adlı bölməsində mərhum professor Hüseyn Həşimlinin “Unudulmuş yazıçı: Ələkbər Qərib Naxçıvanlı” monoqrafiyası və toplayıb çapa hazırladığı “Haqq divanı” kitabına həsr olunmuş “Naxçıvanşünaslığa layiqli töhfə” başlıqlı resenziya oxuculara təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: