Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

NKPİ-nin əməkdaşlarının məqaləsi impakt faktorlu jurnalda dərc olunub
15.02.2021 14:09
  • A-
  • A
  • A+

NKPİ-nin əməkdaşlarının məqaləsi impakt faktorlu jurnalda dərc olunub

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) əməkdaşları Vaqif Abbasov, Yusif Abdullayev, Füzuli Nəsirov, Nigar Rzayeva, Leyla Nəsibova və Nyu-York Dövlət Universitetinin əməkdaşı Jochen Autschbachın həmmüəllifi olduğu məqalə yüksək impakt faktorlu xarici elmi jurnalda işıq üzü görüb.

“Bitki yağlarının karbon-karbon ikiqat rabitələrinin epoksidləşmə və aminoliz yolu ilə difunksionallaşmasının nəzəri hesablamalar öyrənilməsi” adlı məqalə “Wiley” nəşriyyatının “Beynəlxalq Kvant Kimyası Jurnalı”nda (İF(2018) = 2.26) nəşr edilib.

Məqalədə DFT vasitəsilə ikiqat rabitənin epoksidləşməsi və növbəti mərhələdə epoksid həlqəsinin birli aminlərlə ZnCl2, NiCl2 və FeCl2 katalizatorlarının iştirakında açılması ətraflı tədqiq edilib. İkiqat rabitənin difunksiallaşmasının effektiv baş verməsi üçün peroksi formiat turşusu və FeCl2-nin götürülməsinin enerji baxımından daha səmərəli olduğu öyrənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: