Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

Tarix Muzeyinin əməkdaşının məqaləsi Ukraynada dərc olunub
16.02.2021 10:16
  • A-
  • A
  • A+

Tarix Muzeyinin əməkdaşının məqaləsi Ukraynada dərc olunub

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Şəfa Mövsümovun “Həzi Aslanovun 1941-1945-ci illərin müharibəsində keçdiyi döyüş yolu Azərbaycan sovet tarixşünaslığında” adlı elmi məqaləsi Ukraynada nəşr olunub.

Ukraynanın V.İ.Vernadski adına Tavriya Milli Universitetinin “Вчени записки” jurnalında işıq üzü görən məqalədə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş general-mayor Həzi Aslanovun döyüş yolu Azərbaycanın Sovet dövrü tarixi əsasında tədqiq edilib. Həzi Aslanovun müəmmalı ölümü, ona ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının uzun müddət hansı səbəbdən verilməməsi kimi məsələlər araşdırılıb.

Qeyd edək ki, “Вчени записки” jurnalı “Copernicus international” beynəlxalq elmi bazasında indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: