Mərkəzi Elmi Kitabxana musiqişünas alim, AMEA-nın müxbir üzvü Rəna Məmmədovanın biobiblioqrafik göstəricisini hazırlayıb.
AMEA Rəyasət Heyətinin qərarına əsasən çap olunan göstəricinin elmi redaktoru akademik Teymur Bünyadov, redaktoru dosent Şəhla Tahirqızı, tərtibçiləri Gülarə Abdullayeva və Nərgiz Novruzovadır.
Biobiblioqrafik göstəricidə sənətşünaslıq üzrə elmlər doktoru, professor Rəna Məmmədovanın elmi pedaqoji yaradıcılığı və ictimai fəaliyyəti haqqında qısa oçerk, həyat və fəaliyyətinin əsas tarixləri və alimin 1974-2020-ci illərdəki elmi əsərlərinin biblioqrafiyası əks olunub. Göstəriciyə alimin monoqrafiyaları, broşürləri, dövri mətbuatda və ayrı-ayrı məcmuələrdə, konfranslarda Azərbaycan, rus və ingilis dillərində çap olunmuş məqalələri, həmçinin konfranslardakı çıxışları, rəhbərlik etdiyi və məsləhətçisi olduğu dissertasiyaların mövzuları daxil edilib.
Göstəriciyə daxil edilmiş biblioqrafik təsvirlər xronoloji qaydada, əlifba sırası ilə əks olunub.
Vəsaitdən istifadəni asanlaşdırmaq məqsədi ilə biblioqrafiyanın sonunda alimin əsərlərinin və onun haqqında yazan müəlliflərin əlifba göstəricisi tərtib edilib.
Biobiblioqrafik göstərici sənətşünaslıq sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.