Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

“Erməni dilində isim” adlı tədris vəsaiti işıq üzü görüb
25.02.2021 14:15
  • A-
  • A
  • A+

“Erməni dilində isim” adlı tədris vəsaiti işıq üzü görüb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı Türkan Əzizzadənin “Erməni dilində isim” adlı tədris vəsaiti çap olunub.

Kitabın elmi redaktoru filologiya elmləri doktoru İlhami Cəfərsoy, rəyçiləri professor Qafar Çaxmaqlı və filologiya üzrə fəlsəfə doktoru Günel Orucovadır.

Tədris vəsaitində Azərbaycan dili ilə müqayisəli şəkildə erməni dilinin isimləri, onun quruluşca və mənaca növləri, ümumi və xüsusi isimlər, ismin cəm, mənsubiyyət, hal, xəbərlik və müəyyənlik kateqoriyaları ətraflı şəkildə nəzərdən keçirilib. Eyni zamanda ismin müxtəlif halları ilə işlənən qoşmalar, fərqli hallanan söz qrupları da kitabda sistemli şəkildə yer alıb.

Vəsait ali təhsil alan tələbələrin bakalavr pilləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: