AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) Azərbaycan-Fransız Universitetinin (UFAZ) əməkdaşları ilə görüş keçirilib.
Görüşdə institutun direktoru, akademik Vaqif Abbasov, direktor müavini, professor Hikmət İbrahimov, UFAZ-ın elmi araşdırmalar depatamentinin rəhbəri, professor Filip Turek, icraçı direktoru Vazeh Əskərov, magistr pilləsi üzrə tədris edən müəllimləri Zahra Afrassiabian və Fəxriyyə Məmmədova iştirak ediblər.
Akademik Vaqif Abbasov qonaqlara institutun tarixi, aparılan elmi-tədqiqat işləri, sintez olunmuş reagentlər haqqında geniş məlumat verib.
Sonra ikitərəfli əməkdaşlıq perspektivləri barədə UFAZ-ın yeni yaradılmış elmi araşdırmalar departamenti ilə NKPİ-nin gələcək layihələr və proyektlərin həyata keçirilməsi, eləcə də universitetin bakalavr və magistr tələbələrinin institutun laboratoriyalarında təcrübə keçmələri ilə bağlı məsələlər müzakirə olunub. Bundan əlavə, NKPİ, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Fransanın Strasburq Universiteti ilə birgə gələcək elmi layihələrin həyata keçirilməsi təklif edilib.
Sonda qonaqlar akademik Yusif Məmmədəliyevin Memorial muzeyi və müəssisənin laboratoriyaları ilə tanış olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.