AMEA-nın İqtisadiyyat İnstitutunun “AMEA-nın xəbərləri. İqtisadiyyat seriyası” jurnalının 2020-ci il üzrə beşinci nömrəsi oxuculara təqdim olunub.
Jurnaldakı bütün elmi məqalələrin elektron variantı İqtisadiyyat İnstitutunun internet saytında – economics.com.az - da yerləşdirilib.
Jurnalda 18 elmi məqalə dərc olunub. Nəşrdə “Pandemiya və postpandemiya dövründə Azərbaycanda iqtisadi təhlükəsizliyin aktual məsələləri”, “Nizami Gəncəvinin əsərlərində iqtisadi motivlər”, “Azərbaycanda minimum əmək haqqının məşğulluğa təsiri”, “Sahibkarlığın inkişafının konseptual problemləri”, “Şəbəkə hazırlığı indeksi üzrə reytinqdə irəliləmənin əhəmiyyəti”, “Modern və postmodern dövrdə elm və təhsilin iqtisadiyyatda rolunun qiymətləndirilməsi”, “Şərqi Avropa və Post Sovet ölkələrində dövlət sektorunda xərclərin iqtisadi artıma təsirlərinin qiymətləndirilməsi” və s. kimi aktual mövzularda elmi məqalələr yer alıb.
Xatırladaq ki, AMEA Rəyasət Heyətinin qərarı ilə 1966-cı ildən nəşr olunan jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin” siyahısına daxildir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.