Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının məqaləsi beynəlxalq jurnalda dərc olunub
09.03.2021 11:15
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının məqaləsi beynəlxalq jurnalda dərc olunub

AMEA-nın birinci vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev, həmin müəssisənin əməkdaşları - professor Akif Əliyev, böyük elmi işçi Vüsalə Məcidzadə, aparıcı elmi işçi Əsmət Əzizova və kiçik elmi işçi Sevinc Cavadovanın məqaləsi “Web of Science” və “Scopus” beynəlxalq bazalarına daxil olan  “J. Electrochem. Sci. Eng.” jurnalında dərc olunub.

Məqalə etilenqlikol əsaslı elektrolitlərdən Bi-Se nazik təbəqələrinin elektrokimyəvi yolla alınmasına həsr edilib. Tədqiqatlar Pt və Ni elektrodlarından istifadə edilərək müxtəlif şəraitlərdə potensiodinamik və qalvanostatik üsullarla aparılıb. İki elektrodun polyarizasiya əyrilərinin müqayisəsi göstərir ki, Bi və Se-nin birgə elektroçökməsi təxminən eyni potensial aralığında baş verir. Optimal elektrolit tərkibini və elektroliz rejimini müəyyən etmək üçün müxtəlif amillərin (ilkin komponentlərin qatılığı, temperatur və s.) Bi-un Se ilə birlikdə elektroçökmə prosesinə təsiri öyrənilib. Bundan əlavə, qalvanostatik metoddan istifadə edərək Ni elektrodlarda çökən Bi-Se nümunələri skanəedici elektron mikroskopu (SEM) və rentgen faza analiz metodları ilə tədqiq edilib. Rentgen faza analizinin nəticələri ilə termiki emal olunan və olunmayan nazik Bi2Se3 təbəqələrinin çökməsi təsdiqlənib. Nümunələrin EDS analizi ilə aparılan elementar təhlili göstərir ki, təbəqələrin tərkibi  62.79 % Bi və 37.21 % Se-dən ibarətdir.

Qeyd edək ki, Bi2Se3 əsasında alınan nazik təbəqələr termoelektrik və optoelektronik cihazlarda, istilik nasoslarında, kiçik elektron cihazlarda, infraqırmızı sensorlarda və s. müvəffəqiyyətlə tətbiq edilə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: